Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xarici aktivlərinin artımı bərpa olunub

Azərbaycan Mərkəzi Bankının xarici aktivlərinin artımı bərpa olunub
# 02 iyul 2009 09:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) məcmu beynəlxalq (xarici) aktivlərinin həcmi 2009-cu ilin iyun ayının 1-nə 4 192,4 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin iyunun əvvəli ilə müqayisədə 321,7 mln. manat və ya 7,1% azalıb. Eyni zamanda, cari ilin əvvəlindən Mərkəzi Bankın məcmu xarici aktivlərinin həcmi 987,8 mln. manat və ya 19,1% azalıb. Belə ki, yanvarda azalmanın həcmi 45,6 mln. manat, fevralda 323,3 mln. manat, martda 621 mln. manat, apreldə isə 24,7 mln. manat təşkil edib. May ayında isə AMB-nin xalis xarici aktivlərinin artımı prosesi bərpa olunub və artımın həcmi 26,8 mln. manat təşkil edib.

İlin əvvəlində sözügedən göstəricinin azalmasının əsas səbəbləri kimi dünya maliyyə böhranı nəticəsində Azərbaycan bank sistemində məzənnə siyasəti sahəsində yaranmış mənfi tendensiyaların aradan qaldırılmasını qeyd etmək olar. Belə ki, xarici öhdəliklərin yerinə yetirilməsi məcburiyyətində qalan bir sıra bankda yaranmış likvidlik probleminin həlli məqsədi ilə Mərkəzi Bank mərkəzləşdirilmiş kredit bazarında fəallığını artırıb. Bundan əlavə, Azərbaycanda digər inkişafda olan ölkələrdə olduğu kimi milli valyutanın dollara qarşı ucuzlaşması ehtimallarının yaranmaması üçün Mərkəzi Bank valyuta intervensiyaları həyata keçirib ki, bu da Bankın xarici aktivlərinin azalmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR