Bank Of Baku

«Əmrahbank» xaricdən yeni kreditlər cəlb edir

«Əmrahbank» xaricdən yeni kreditlər cəlb edir
# 02 iyul 2009 09:42 (UTC +04:00)
Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq Azərbaycan bankı ilə BBİB arasında məsələ ilə bağlı ilkin razılıq əldə olunub. Şifahi razılığa əsasən, Bəhreyn Bankı cari ilin sonunadək bu vəsaiti (10 mln. dollar) banka ayıracaq.

E.Məmmədov bildirib ki, cəlb ediləcək vəsaitlər Azərbaycanda kiçik və orta sahibkarlıqla bağlı layihələrin maliyyələşdirilməsinə sərf olunacaq: «Bu vəsait ilkin mərhələ üçün nəzərdə tutulur, sonrakı mərhələdə bu məbləğin artırılacağı gözlənilir».

E.Məmmədov qeyd edib ki, «Əmrahbank» kreditlərin cəlb edilməsi məqsədi ilə həmçinin Asiya İnkişaf Bankı (ADB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə danışıqlar aparır.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 12 bankomatı və 45 POS-terminalı var.

Cari ilin aprel ayının 1-nə banklın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR