Bank Of Baku

Azərbaycanda 370 min dollar sərmayə yatıran və ya 19 min dollar bank əmanəti açan əcnəbi müvəqqəti yaşamaq üçün 1 illik icazə ala bilər

Azərbaycanda 370 min dollar sərmayə yatıran və ya 19 min dollar bank əmanəti açan əcnəbi müvəqqəti yaşamaq üçün 1 illik icazə ala bilər
# 02 iyul 2009 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları»nı təsdiq edib. bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalarla yanaşı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamağa icazə verilməsi üçün əsas verən ölkə iqtisadiyyatına qoyulan investisiyanın məbləği və Azərbaycan banklarına qoyulan pul vəsaitinin məbləği də müəyyənləşdirilib. Belə ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamağa icazə verilməsi üçün ölkə iqtisadiyyatına qoyulan investisiyanın minimum məbləği 300 min manat (təxminən 373,042 min ABŞ dolları), Azərbaycan banklarına qoyulan pul vəsaitinin minimum məbləği isə 15 min manat (18,652 min ABŞ dolları) müəyyən edilib.

Qaydalarda müvəqqəti yaşamaq üçün icazə verilməsi şərtləri, icazələrin ləğvi, icazənin verilmə proseduraları və müddəti, tələb olunan sənədlər və s. göstərilib. Sənədə əsasən, əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə Milli Təhlükəsizlik Nazirliyinin rəyi əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən veriləcək.

Sənədə əsasən, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə 1 ilədək müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə müddəti 1 ildən çox olmayaraq 4 dəfə uzadıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR