BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ümumi əqdlərin 93,02%-i dövlət qiymətli kağızlarının (DQK) payına düşüb. Yanvar-iyun aylarında azalma əsasən DQK bazarına toxunub. Məhz notların ilkin və təkrar bazarında müvafiq olaraq 76,92% və 73,60% azalma qeydə alınıb. Hesabat dövründə həmçinin Repo əməliyyatları 36,77% azalıb və ümumilikdə DQK bazarında dövriyyə 40,86% düşüb.
Bundan başqa, hesabat dövründə korporativ istiqrazlar bazarı 2,01 dəfə, korporativ istiqrazların təkrar bazarı isə 3,8 dəfədən çox artıb.
Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi 237 dəfə artıb. Səhmlərin və istiqrazların ilkin bazarlarının həcmi isə müvafiq olaraq 49,80% və 26,86% artıb.
Həmçinin, Birja fəallığının artımı DQİ-lərin ilkin və təkrar bazarında hiss olunur, hansı ki müvafiq olaraq 2,07 və 8,6 dəfə olub.
Bazarın seqmentləri | Yanvar-iyun, 2009 | Yanvar-iyun, 2008 | Nisbət | ||
Əməliyyatların həcmi, (AZN) | Əməliyyatların miqdarı | Əməliyyatların həcmi (AZN) | Əməliyyatların miqdarı | ||
DQİ (yerləşdirmə) | 260 007 253,14 | 143 | 125 025 752,90 | 102 | 2,1 dəfə |
DQİ | 139 423 136,70 | 74 | 16 194 394,92 | 24 | 8,6 dəfə |
Notlar (yerləşdirmə) | 217 871 863,12 | 131 | 944 027 512,34 | 368 | 23,08 |
Notlar | 65 785 072,32 | 37 | 249 148 298,00 | 188 | 26,40 |
Repo əməliyyatları | 1 644 841 375,16 | 404 | 2 601 556 239,67 | 843 | 63,23 |
Cəmi DQK bazarı | 2 327 928 700,44 | 789 | 3 935 952 197,83 | 1 525 | 59,15 |
Korporativ istiqrazlar (yerləşdirmə) | 15 097 500,00 | 15 | 11 900 616,50 | 38 | 1,2 dəfə |
Korporativ istiqrazlar (təkrar bazar) | 29 790 733,40 | 18 | 7 810 726,77 | 57 | 3,8 dəfə |
Səhmlər (yerləşdirmə) | 100 461 844,60 | 392 | 67 065 800,20 | 291 | 1,5 dəfə |
Səhmlər | 29 447 875,10 | 1,523 | 123 827,80 | 217 | 237,8 dəfə |
Cəmi KQK bazarı | 174 797 953,10 | 1 948 | 86 900 971,27 | 603 | 2 dəfə |
Cəmi | 2 502 726 653,54 | 2 737 | 4 022 853 169,10 | 2 128 | 62,21 |
DQİ – dövlət qısamüddətli istiqrazları;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızları.