Bank Of Baku

«Muğan Bank» ATM və POS-terminal şəbəkəsini genişləndirir

«Muğan Bank» ATM və POS-terminal şəbəkəsini genişləndirir
# 02 iyul 2009 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi mövcud bankomat (ATM) şəbəkəsini 15,4% genişləndirərək onların ümumi sayını 30-a çatdırmaq niyyətindədir.

Bankın İdarə Heyətinin sədri Elmir Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq əlavə 4 bankomatın gətirilməsi üçün sifariş verilib.

Bankın POS-terminal şəbəkəsinin genişləndirilməsi planlarına toxunan E.Həsənov bildirib ki, bu sahədə müəyyən problemlər mövcuddur: «Bu da ticarət mərkəzlərinin bəzi banklarla işləməkdən imtina etməsi və yalnız bir bankla əlaqə qurması ilə bağlıdır. Bu baxımdan, POS-terminalların artım tempi müştərilərin, yəni ticarət obyektlərinin verdiyi sifarişlərdən asılı olacaq».

Qeyd edək ki, hazırda bankın respublika üzrə 26 ATM-i fəaliyyət göstərir və bunun 15-i Bakıda yerləşir. Həmçinin, bank indiyədək 62 POS-terminal quraşdırıb ki, bunun da 55-i paytaxtın payına düşür.

Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir və səhmdarları rolunda dörd yerli fiziki şəxs çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 108,783 mln. manat, depozit portfeli 44,170 mln. manat, kredit portfeli 69,753 mln. manat, məcmu kapitalı 20,428 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat təşkil edib. Bankın respublika üzrə 25 filialı fəaliyyət göstərir ki, bunun da 17-si Bakıda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR