Bank Of Baku

Azərbaycanda bank depozitlərinin həcmi ilin əvvəlindən 26% azalıb

Azərbaycanda bank depozitlərinin həcmi ilin əvvəlindən 26% azalıb
# 02 iyul 2009 12:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında hüquqi və fiziki şəxslər tərəfindən yerləşdirilən əmanət və depozitlərin ümumi həcmi 2009-cu ilin iyun ayının 1-nə 3 215,3 mln. manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 26,1%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 16,7% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, mayın sonuna milli valyutada olan əmanət və depozitlərin strukturunda müddətli əmanət və depozitlərin xüsusi çəkisi 46,7% təşkil edib. Eyni zamanda qeyd olunmalıdır ki, bu kateqoriya üzrə ilin əvvəlindən müsbət dəyişikliklər müşahidə edilir:

Əmanət və depozitlərin müddəti

01.01.2009

01.06.2009

1 ayadək

39,6%

17,2%

1 aydan 3 ayadək

3,9%

4,8%

3 aydan 6 ayadək

5,9%

5,1%

6 aydan 9 ayadək

1,7%

3,0%

9 aydan 1 ilədək

20,9%

31,1%

1 ildən 5 ilədək

27,4%

37,2%

5 ildən artıq

0,6%

1,6%



Göründüyü kimi, son beş ayda bütün uzunmüddətli depozitlərin xüsusi çəkisində nəzərə çarpan dərəcədə artım, qısamüddətli depozitlərdə isə əksinə, azalma baş verib. Məsələn, 1 ayadək depozitlərin xüsusi çəkisi 2 dəfədən artıq miqdarda azalıb, əvəzində 9-12 aylıq və 1-5 illik depozitlər artıb. Bu prosesi bank sistemi üçün əhəmiyyətli bir amil və müsbət xarakteristika kimi qiymətləndirmək olar.

Mərkəzi Bankın məlumatına görə, əmanət və depozitlərin strukturunda fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 50,4% olub:

(mln. man.)

 

01.01.2009

İllik dinamika (%)

01.06.2009

İllik dinamika (%)

Cəmi depozitlər:

4 348,5

36,5

3 261,3

-16,6

Fiziki şəxslər

1903,7

29,6

1912,9

19,3

Hüquqi şəxslər

2444,8

42,5

1302,4

-42,2



Beləliklə, ilin əvvəlindən və illik müqayisədə depozitlərin azalması yalnız hüquqi şəxslər üzrə müşahidə olunub ki, bunun da əsas səbəbi banklar tərəfindən son yarım ildə kreditləşmənin məhdudlaşdırılması ilə bağlı olub. Nəticədə, hüquqi şəxslər öz vəsaitlərindən (depozitlərdən) daha fəal istifadə etmək məcburiyyəti ilə üzləşib.

Mərkəzi Bankın məlumatına görə, fiziki şəxslərin cəmi uzunmüddətli əmanətlərinin artımı ilin əvvəlinə nisbətən 4,6% təşkil edib. İyunun 1-nə rezident fiziki şəxslərin cəmi əmanətlərinin həcmi 1 717,2 mln. manat, qeyri-rezident fiziki şəxslərin əmanətləri isə 195,7 mln. manata bərabər olub. Cari ilin may ayının sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-rezident fiziki şəxslərin manatla qısamüddətli əmanətləri 67,9% azalıb, uzunmüddətli əmanətləri isə 9,8% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR