Bank Of Baku

«Əmrahbank» öz ipoteka proqramının icrasına hazırlaşır

«Əmrahbank» öz ipoteka proqramının icrasına hazırlaşır
# 03 iyul 2009 06:50 (UTC +04:00)
Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, proqramın icrası üçün bir neçə investorla, o cümlədən xarici səhmdarı - Bəhreyn Beynəlxalq İnvestisiya Bankı ilə danışıqlar aparılır: «Bizim planlarımıza görə, ilkin cəlb olunacaq vəsaitin həcmi 5 mln. ABŞ dollarından az olmayacaq. Məhz bu, bizim bankın birinci mərhələdə ipoteka kreditləri portfeli olacaq».

E.Məmmədovun sözlərinə görə, kreditin şərtləri, o cümlədən faiz dərəcəsi, ilkin ödəniş və müddət bazarda olan şəraitdən asılı olacaq. Qeyd edək ki, Azərbaycanda 10-a yaxın kommersiya bankının özünün ipoteka proqramı mövcuddur.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 12 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə banklın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR