Bank Of Baku

«Azərnəqliyyatbank»ın yeni regional filialı açılıb

«Azərnəqliyyatbank»ın yeni regional filialı açılıb
# 03 iyul 2009 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankının (SKB) daha bir regional filialı istifadəyə verilib.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, Mingəçevir şəhərində açılan yeni filial bütün növ bank xidmətləri göstərəcək. Belə ki, filial vasitəsi müştərilər hesablaşma-kassa hesabı, pulköçürmələr əməliyyatları, depozit və kredit əməliyyatları, valyuta mübadiləsi və digər bank əməliyyatları həyata keçirə bilərlər.

Qeyd edək ki, bununla da bankın respublika üzrə fəaliyyət göstərdiyi filiallarının ümumi sayı 6-ya çatıb.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,420 mln. manat, bankın depozit portfeli 5,268 mln. manat, kredit portfeli 16,157 mln. manat, məcmu kapitalı 11,655 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR