Bank Of Baku

«Kapital Bank»ın yeni əsasnamələri təsdiq olunub

«Kapital Bank»ın yeni əsasnamələri təsdiq olunub
# 03 iyul 2009 09:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) yeni əsasnamələri təsdiq edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın səhmdarlarının bu günlərdə keçirilən ümumu iclasında Müşahidə Şurası və Audit Komitəsinin əsasnamələri, eyni zamanda Müşahidə Şurasının qərarı ilə «Kapital Bank»ın İdarə Heyətinin əsasnaməsi təsdiq olunub.

Beləliklə, yeni əsasnamələrin təsdiq olunması nəticəsində bankın idarəetmə orqanları arasında funksional olaraq səlahiyyətlərin bölüşdürülməsi prinsipləri müəyyən edilib.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) daxildir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.

Bankın hazırda respublika üzrə 89 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR