Bank Of Baku

«Əmrahbank» ticarətin maliyyələşdirilməsi üçün xaricdən iki yeni kredit cəlb edir

«Əmrahbank» ticarətin maliyyələşdirilməsi üçün xaricdən iki yeni kredit cəlb edir
# 03 iyul 2009 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi ABŞ «EximBank»ından 5 mln. ABŞ dolları həcmində kredit cəlb edəcək.

Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq vəsaitin ayrılmasına dair tərəflər arasında kredit sazişi imzalanıb.

E.Məmmədov həmçinin bildirib ki, bank bu il ərzində İslam Beynəlxalq Ticarət və Maliyyə Korporasiyasından da (İnternational İslamic Trade and Finance Coorporation) vəsait cəlb etmək niyyətindədir. Bu qurumun ayıracağı vəsaitin həcmi 1 mln. dollar təşkil edəcək.

Sədrin sözlərinə görə, hər iki kredit xətti Azərbaycanda ticarətin maliyyələşdirilməsinə sərf ediləcək.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 12 bankomatı və 45 POS-terminalı var.

Cari ilin aprel ayının 1-nə banklın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR