Bank Of Baku

«Kapital Bank»ın regional filialları yeni bank proqramına keçilir

«Kapital Bank»ın regional filialları yeni bank proqramına keçilir
# 03 iyul 2009 11:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) Gəncə, Yevlax və Lənkəran filialları yaxın günlərdə «Flexcube» yeni bank sisteminə miqrasiya edəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bankın Quba filialında bu proqram tam tətbiq edilib.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 89 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR