Bank Of Baku

Azərbaycanın rəsmi valyuta ehtiyatlarının artımı davam edir

Azərbaycanın rəsmi valyuta ehtiyatlarının artımı davam edir
# 03 iyul 2009 13:02 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2009-cu ilin iyul ayının 1-i vəziyyətinə 5 077,2 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin iyulun 1-nə olan analoji göstərici ilə müqayisədə 2,8% azdır.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 17,3% azalıb.

Maraqlıdır ki, 2009-cu ilin birinci rübü ərzində rəsmi valyuta ehtiyatlarının həcmi 19,2% azaldığı halda, aprel-iyun aylarında Mərkəzi Bank ehtiyatların 115,3 mln. ABŞ dolları və ya 2,3% artırılmasına nail olub.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatlarının artım prosesi bu ilin may ayından müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR