Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi iyunda 9% artıb

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi iyunda 9% artıb
# 03 iyul 2009 14:02 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində cari il iyun ayında 21 bank təşkilatının iştirakı ilə 40 ticarət sessiyası keçirilib və 61 alqı-satqı əqdi qeydə alınıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, Birja Elektron Ticarət Sistemində (BEST) keçirilən hərraclarda USD/AZN aləti ümumi dövriyyə 85,470 mln. manat və yaxud dollar ekvivalentində 106,363 mln. təşkil edib. Bunun isə 8,062 mln. manatı və ya 10,0 mln. dolları Swap_USD/AZN alətinin payına düşür. Qeyd edək ki, bu alət üzrə dolların manata qarşı orta ölçülmüş məzənnəsi 0,8062 manat təşkil edib.

EUR/AZN aləti üzrə isə aylıq dövriyyə 0,395 mln. manata bərabər olub.

May ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 7,7 mln. manat və yaxud 9% artıb.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 5,318 mln. dollara çatıb, hər əqdin orta həcmi isə 1,744 mln. dollar təşkil edib.

Umumilikdə, 2009-cu ilin yanvar-iyun ayları üzrə həcm göstəricisi 1,409 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,77% çoxdur.

Qeyd edək ki, USD/AZN_TOD aləti üzrə keçirilən hərraclarda qabaqcıl bankların ilk beşliyinə Azərbaycan Beynəlxalq Bankı (ümumi dövriyyədə xüsusi çəkisi - 27,29%), «Azərbaycan Sənaye Bankı» (17,84%), «Texnikabank» (10,47%), «AGBank» (6,49%) və «YapıKredi Bank Azerbaijan» (5,19%) daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR