Bank Of Baku

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi iyunda 0,04% düşüb

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi iyunda 0,04% düşüb
# 03 iyul 2009 14:08 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində 2009-cu ilin iyun ayında Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi 0,04% düşüb. Nəticədə, dolların məzənnəsi 0,8025 manatdan 0,8028 manadatək artıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, iyun ayı nəticəsində milli valyutanın ABŞ dollarına qarşı nisbi ortaölçülü birja məzənnəsi 0,8033 AZN/$1-ə bərabər olub, halbuki may ayında bu göstərici 0,8029 AZN/$1 təşkil edib.

Xatırladaq ki, ötən ay BBVB-nin USD/AZN aləti ümumi dövriyyəsi 85,470 mln. manat və yaxud dollar ekvivalentində 106,363 mln., EUR/AZN aləti üzrə isə 0,395 mln. manat təşkil edib. May ayı ilə müqayisədə valyuta bölməsinin həcmi 9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR