Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı əlavə səhm emissiyasının yerləşdirilməsini uğurla başa çatdırıb

Azərbaycan Beynəlxalq Bankı əlavə səhm emissiyasının yerləşdirilməsini uğurla başa çatdırıb
# 03 iyul 2009 14:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) nizamnamə kapitalının iki dəfə artırılması ilə 100 mln. manat həcmində elan etdiyi əlavə emissiyanın ödənilməsi prosesini uğurla başa çatdırıb.

Bankın İdarə Heyətinin sədr müavini Vaqif Əkbərovun «APA-Economics»ə verdiyi məlumata görə, emissiya prosesi normal şəkildə həyata keçirilərək səhmlər tam yerləşdirilib və bununla da bankın nizamnamə kapitalı 200 mln. manata çatdırılıb.

Qeyd edək ki, ABB-nin səhmlərinin 100 mln. manat həcmində əlavə emissiyasının yerləşdirilməsinə 2008-ci ilin sentyabrında başlanılıb.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, səhmlərin qalanı 40% xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 3 308,797 mln. manat, depozit portfeli 1 606,810 mln. manat, kredit portfeli 2 279,951 mln. manat, məcmu kapitalı 391,188 mln. manat, o cümlədən nizamnamə kapitalı 193,834 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 36 filialı, 1 mübadilə məntəqəsi, 589 bankomatı, 2633 POS-terminalı və 63 informasiya köşkü fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR