Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» filial şəbəkəsini genişləndirir

«YapıKredi Bank Azerbaijan» filial şəbəkəsini genişləndirir
# 03 iyul 2009 14:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin Azərbaycanda fəaliyyət göstərən filiallarının sayı bu ilin sonunadək 7-yə çatdırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Türkiyənin «YapıKredi Bank»ın baş icraçı direktoru Faik Açıkalın bildirib.

F.Açıkalının sözlərinə görə, hazırda «YapıKredi Bank Azerbaijan»ın respublika üzrə 4 filialı fəaliyyət göstərir: «Cari ilin sonunadək bank tərəfindən əlavə 3 filialın açılması nəzərdə tutulur. Bununla da bankın filialların sayı 7-yə çatdırılacaq».

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 112,096 mln. manat, depozit portfeli 39,694 mln. manat, kredit portfeli 18,320 mln. manat, məcmu kapitalı 40,017 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,209 mln. manat təşkil edib.

Bankın respublika üzrə 4 filialı, 13 bankomatı və 62 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR