Bank Of Baku

Azərbaycanın Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində aparılan əməliyyatların həcmi mayda 15% azalıb

Azərbaycanın Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində aparılan əməliyyatların həcmi mayda 15% azalıb
# 08 iyul 2009 09:30 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) apardığı əməliyyatların həcmi 2009-cu ilin may ayında 375 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentindən məlumat verilib.

AMB-nin hesablamalarına əsasən, XÖHKS sistemində qeydə alınan banklararası ödəniş əməliyyatlarının həcmi aprel ayı ilə müqayisədə 64 mln. manat və ya 14,6% azalıb. Tranzaksiya həcmlərinin azalması ilə yanaşı, ödəniş əməliyyatlarının sayı da azalıb. Belə ki, may ayında XÖHKS-də qeydə alınan əməliyyatların sayı 407 minə düşüb. Aprel ayında isə bu sistem vasitəsilə 431 min əməliyyat və ya 5,6% çox tranzaksiya aparılıb.

Qeyd etmək lazımdır ki, banklararası ödəniş əməliyyatlarının sayca əksər hissəsi məhz XÖHKS-in payına düşür. Banklar tərəfindən aparılan xırda ödənişlərin payı klirinq əməliyyatlarının ölkə üzrə ümumi sayında 92,5%-ə bərabərdir. Buna baxmayaraq, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində qeydə alınan hər bir əməliyyatın orta məbləği isə bu ilin əvvəlindən 2 300 manatdan 900 manata enib.

Xatırladaq ki, 2002-ci ildə istifadəyə verilən XÖHKS sistemi müasir texnologiyalara əsaslanan xırda və təcili olmayan ödənişlər üçün klirinq şəbəkəsidir. Sistem Dünya Bankının himayəsi altında keçirilən tenderin qalibi olan «CMA Small Systems AB» şirkəti tərəfindən hazırlanıb. Sistemdə gün ərzində 300 minədək ödənişin qəbulu aparıla bilər. XÖHKS-də 46 kommersiya bankı ilə bərabər «Aqrarkredit» təşkilatı, İpoteka Fondu, Baş Dövlət Xəzinədarlığı və Vergilər Nazirliyi əməliyyat apara bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR