Bank Of Baku

Macarıstanın OTB bankının «UniBank»da iştirak payı alması ilə bağlı danışıqlar gələn il davam etdiriləcək

Macarıstanın OTB bankının «UniBank»da iştirak payı alması ilə bağlı danışıqlar gələn il davam etdiriləcək
# 08 iyul 2009 11:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) səhmlərinin Macarıstanın OTB bankına satılması məsələsi artıq 2010-cu ildə reallaşa bilər. Bunu «APA-Economics»ə eksklüziv açıqlamasında bankın Müşahidə Şurasının sədri Eldar Qəribov bildirib.

E.Qəribovun sözlərinə görə, artıq tərəflər arasında ilkin danışıqlar aparılıb. Lakin dünya maliyyə böhranı başlayandan sonra danışıqlar prosesi bir qədər ləngiyib və bu səbəbdən Macarıstan bankı «UniBank»dan möhlət istəyib. «Danışıqlar zamanı Macarıstanın OTB bankı «UniBank»ın səhmlərinin 51%-nə sahib olmaq təklifi ilə çıxış edib. Lakin bankın səhmdarları tərəfindən buna razılıq verilmədiyinə görə, danışıqlar müvəqqəti dayandırılıb».

Bununla yanaşı E.Qəribov bildirib ki, bu məsələnin həllində hər iki tərəf maraqlıdır. Dünya maliyyə böhranının təsiri azaldıqdan sonra növbəti ilin əvvəlində danışıqların bərpa edilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR