Bank Of Baku

Azərbaycanda yeni bankomatların quraşdırılması prosesi zəifləyib

Azərbaycanda yeni bankomatların quraşdırılması prosesi zəifləyib
# 08 iyul 2009 11:41 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının respublika ərazisində quraşdırdığı bankomatların (ATM) ümumi sayı 2009-cu ilin iyun ayının 1-nə 1 582 ədəd təşkil edib. Bu, may ayının əvvəlinə olan göstəriciyə nisbətən 10 ATM və ya 0,6%, cari ilin əvvəlinə nisbətən isə 67 ədəd və ya 2,4% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, quraşdırılmış bankomatların ümumi sayından 895-i və ya 56,6%-i Bakı şəhəri, qalanı isə (687 ədəd) regionlarda yerləşir. İlin əvvəlinə nisbətən paytaxtdakı bankomatların sayı 3,2% (18 ədəd) artdığı halda, regionlarda artım tempi 6% (39 ədəd) təşkil edib.

Qeyd edək ki, 2008-ci il ərzində respublika üzrə ATM-lərin ümumi sayı 15%, 2007-ci ildə 21,9% artıb. Maraqlıdır ki, əgər Bakı şəhərində 2008-ci ildə ATM-lərin quraşdırılması tempi 5,7%, 2007-ci ildə 25,2% təşkil etmişdirsə, regionlarda artım tempi əvvəlki iki il ərzində müvafiq olaraq 30,4% və 16,9% təşkil edib.

Xatırladaq ki, hazırda Azərbaycanda 46 bank təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR