Bank Of Baku

EBRD bu il Azərbaycan banklarına ümumilikdə 220 mln. dollar kredit ayıracaq

EBRD bu il Azərbaycan banklarına ümumilikdə 220 mln. dollar kredit ayıracaq
# 08 iyul 2009 11:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2009-cu il ərzində Azərbaycan bankları ilə ümumilikdə 220 mln. ABŞ dolları həcmində kredit sazişləri imzalayacaq. «APA-Economics»in məlumatına görə, bunu EBRD-nin Bakı nümayəndəliyinin rəhbəri Frensis Delay (Francis Deleay) bildirib.

F.Delayın sözlərinə görə, 220 mln. dollar həcmində vəsait Azərbaycanın maliyyə və özəl sektorunun maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, EBRD Azərbaycanda bir sıra kommersiya bankları ilə sıx əməkdaşlıq edir, bəzi kommersiya banklarında isə hətta iştirak payına malikdir. Bu günlərdə EBRD Azərbaycanın «Azərdəmiryolbank»ı ilə 30 mln. dollarlıq kredit xəttinin açılmasına dair saziş imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR