Bank Of Baku

OeEB Azərbaycan bank sistemi üzrə araşdırma aparır

OeEB Azərbaycan bank sistemi üzrə araşdırma aparır
# 08 iyul 2009 13:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Avstriya İnkişaf Bankı (OeEB) Azərbaycanın kommersiya bankları ilə əməkdaşlığa başlayır. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin üzvü xanım Andrea Haqman (Andrea Hagmann) bildirib.

A.Haqmanın sözlərinə görə, əməkdaşlığın qurulması üçün artıq OeEB tərəfindən məsləhətçi şirkət seçilib. Bu şirkət Azərbaycanın bank bazarında əməkdaşlığa hazır olan və inkişaf potensialına malik olan bankları müəyyənləşdirəcək.

A.Haqman cari ilin sonuna kimi OeEB-lə Azərbaycanın iki kommersiya bankı arasında ilk kredit xəttinin ayrılmasına dair sazişin imzalanacağını da bildirib. Azərbaycan banklarının adlarını açıqlamayan xanım A.Heqman bu xəbərin konfidensial olduğunu vurğulayıb. Həmçinin, A.Haqman bu iki bank üçün ayrılacaq vəsaitlərin həcminin həmin bankların özəl ehtiyaclarından asılı olacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR