Bank Of Baku

«Azerbaijan Electronics»in istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb

«Azerbaijan Electronics»in istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb
# 08 iyul 2009 13:27 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Azerbaijan Electronics» (AZEL) QSC-nin faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 3 mln. ABŞ dolları, istiqrazların ümumi sayı 30 min ədəd, hər birinin nominal dəyəri 100 dollar, istiqraz üzrə gəlirlilik illik 14%, tədavül müddəti isə 730 gün təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «YapıKredi İnvest» şirkəti çıxış edəcək.

AZEL-in istiqrazlarını əldə etmək istəyən potensial investorlar Bakı Fond Birjasının üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

Qeyd edək ki, AZEL şirkəti Azərbaycanın informasiya texnologiyaları bazarında 1991-ci ildən fəaliyyət göstərir. Şirkət sistem inteqratoru və avadanlıq təchizatçısı kimi fəaliyyət göstərir və dünyanın bir sıra aparıcı İKT şirkətlərinin rəsmi tərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR