Bank Of Baku

Azərbaycan bank sistemi üzrə yaranmış yekun mənfəət daha 23% artıb

Azərbaycan bank sistemi üzrə yaranmış yekun mənfəət daha 23% artıb
# 08 iyul 2009 14:49 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatları 2009-cu ilin yanvar-may ayları ərzində 137,41 mln. manat həcmində mənfəət (vergi ödənildikdən sonra) əldə edib və 8,44 mln. manatlıq zərərlə üzləşib. Cari ilin yanvar-aprel ayları ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 22% və 8,6% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədəki bankların 38-i mənfəətlə, 8-i isə zərərlə işləyib. Son bir ayda mənfəətlə işləyən bankların sayı 1 vahid azalıb, zərərlə işləyənlərin sayı isə, əksinə, 1 vahid artıb.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, yanvar-may aylarının yekunlarına görə, Azərbaycan bank sistemi üzrə yaranmış yekun mənfəətin həcmi 128,97 mln. manat təşkil edib. Bu isə yanvar-aprel aylarının nəticəsi ilə müqayisədə 23% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR