Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» son bir ildə daxilolmalarını 2 dəfə artıb

«Azərbaycan Sənaye Sığorta» son bir ildə daxilolmalarını 2 dəfə artıb
# 09 iyul 2009 07:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti 2009-cu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 2,120 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkət tərəfindən həyata keçirilən sığorta ödənişlərinin həcmi 18,1% azalaraq 278,499 min manata çatıb.

Qeyd edək ki, cari ilin birinci yarısında daxilolmaların strukturunda ən çox sığorta haqqı «Yüklərin (nəqliyyat) sığortası» (771,155 min manat), «Tibbi sığorta» (569,953 min manat), «Əmlakın sığortası» (185,335 min manat) və «Yanğından icbari sığorta» (158,170 min manat) növləri üzrə toplanılıb. Bu növlərin şirkətin məcmu daxilolmalardakı payı isə müvafiq olaraq 36,4%, 26,9%, 8,7% və 7,5% təşkil edib.

Ödənişlərdə isə daha çox vəsait «Yüklərin (nəqliyyat) sığortası» (məcmu ödənişlərdə 50% və ya 138,393 min manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (28,7% və ya 79,991 min manat) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR