Bank Of Baku

Azərbaycan Dövlət Radiotezliklər İdarəsi yanvar-iyun aylarında maliyyə göstəricilərini yaxşılaşdırıb

Azərbaycan Dövlət Radiotezliklər İdarəsi yanvar-iyun aylarında maliyyə göstəricilərini yaxşılaşdırıb
# 09 iyul 2009 07:50 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) bu ilin birinci yarısında əsas iqtisadi göstəricilər üzrə proqnozları artıqlaması ilə yerinə yetirib.

DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə gəlir proqnozu 161,8% icra edilərək faktiki olaraq 3 806 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə DRİ-nin gəlirləri 404,5 min manat artıb.

Hesabat dövründə xərclər proqnozu nəzərdə tutulmuş 847,3 min manata qarşı faktiki olaraq 930 min manat təşkil edib. Müəssisədə xərclər proqnozunun limiti aşmasının əsas səbəbi gəlirin və mənfəətin proqnozlaşdırıldıqdan artıq olması nəticəsində ƏDV və mənfəət vergisinin artıq hesablanması və dövlət büdcəsinə köçürülməsi, yeni iş yerlərinin açılması ilə bağlı əmək haqqı xərclərinin və yeni avtomobillərin alınması nəticəsində yanacaq məsrəflərinin artması ilə bağlı olub.

Birinci yarımilliyin yekunlarına görə, mənfəət proqnozu 196% icra edilərək 2 350 min manat təşkil edib. İlin əvvəlinə olan məlumata görə, DRİ-nin debitor borcu 241,1 min manat olub və həmin borcun 37,4%-nin yığımı təmin edilib. Həmçinin, hesabat dövründə müəssisə və təşkilatlara 3 806 min manat məbləğində hesablanmış xidmət haqlarından 98,4%-nin yığımı təmin olunub.

İkinci rübün sonuna olan məlumata görə, İdarənin debitor borcunun səviyyəsi ilin əvvəlinə nisbətən 29,7 min manat azalıb və 211,4 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR