Bank Of Baku

«Əmrahbank» payızda yeni regional filial açacaq

«Əmrahbank» payızda yeni regional filial açacaq
# 09 iyul 2009 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sentyabr ayında növbəti regional filialını açacaq. Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, Bərdə rayonunda açılacaq filial bu ilin payızında istifadəyə veriləcək. Hazırda filialın ofisinə tikinti-təmir işləri aparılır, bununla yanaşı filialın təsis sənədləri hazırlanır.

E.Məmmədov həmçinin qeyd edib ki, bankın Bakıda və regionlarda yerləşən bəzi filiallarının ünvanı dəyişib. Belə ki, artıq üç filialı şəhərdə əhalinin daha sıx cəmləşdiyi ərazilərə köçürülüb.

Qeyd edək ki, bankın filiallarının yeni ünvana köçürülməsi prosesi bir müddət davam edəcək. Xatırladaq ki, hazırda bankın respublika üzrə 28 satış məntəqəsi fəaliyyət göstərir ki, bunun da 23-ü filialıdır.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 12 bankomatı və 45 POS-terminalı mövcuddur.

Cari ilin aprel ayının 1-nə banklın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR