Bank Of Baku

«Günay Anadolu Sığorta» şirkəti əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Günay Anadolu Sığorta» şirkəti əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 09 iyul 2009 09:06 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. «Günay Anadolu Sığorta» Azərbaycan-Türkiyə şirkəti bu ilin iyul aynın 24-də Bakı Fond Birjasında (BFB) adi adlı sənədli səhmlərinin yerləşdirilməsinə başlayacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, sığorta şirkətinin səhm emissiyasının ümumi həcmi 794 min manat, bir səhmin nominal dəyəri 1 000 manat təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək, anderrayter rolunda isə «Standard Capital» şirkəti çıxış edəcək.

Səhmləri əldə etmək istəyən potensial investorlar BFB-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Xatırladaq ki, «Günay Anadolu Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin cari ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 168,974 min ABŞ dolları, ödənişləri 28,411 min dollar, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.

Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR