Bank Of Baku

«Əmrahbank» gələn il yeni bank proqramına keçəcək

«Əmrahbank» gələn il yeni bank proqramına keçəcək
# 09 iyul 2009 10:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) İsveçin «Temenos» şirkətinin «T24» bank proqram təminatının tətbiqini gələn ilin may ayınadək yekunlaşdıracaq.

Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, proqram təminatının tətbiqi üçün artıq «Temenos» şirkəti ilə bank arasında müvafiq müqavilə imzalanıb. Müqaviləyə əsasən, «Temenos» 2010-cu ilin may ayına kimi «T24» proqramı bankın bütün filiallarında tətbiq edəcək.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları sırasında bu proqram təminatını ilk olaraq «Bank Standard» tətbiq edib.

Xatırladaq ki, «T24» proqramının texniki imkanları saniyədə 1 min əməliyyat, 10 min istifadəçini və 50 mln. bank hesabını dəstəkləməyə imkan yaradır. «Temenos» şirkəti 110 ölkədə 50-dən artıq maliyyə qurumunu birləşmiş bank sistemi ilə təchiz edir.

Təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 12 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə banklın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub. Hazırda bankın respublika üzrə 28 satış məntəqəsi fəaliyyət göstərir ki, bunun 23-ü filialıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR