Bank Of Baku

«Paşa Bank» «MasterCard» sisteminə qoşulub

«Paşa Bank» «MasterCard» sisteminə qoşulub
# 09 iyul 2009 11:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankı (SKB) «MasterCard» sistemi üzrə sertifikatlaşdırma prosesini uğurla başa çatdırıb.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq müştərilər bankın ATM-ləri və POS-terminallarında müvafiq əməliyyatlar apara bilərlər. Qeyd edək ki, «Paşa Bank» SKB «MasterCard» ödəniş sistemi ilə yanaşı XÖHKS, AZIPS və SWİFT sistemlərinin xidmətlərindən istifadə edir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» SKB 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 207,817 mln. manat, depozit portfeli 90,429 mln. manat, kredit portfeli 4,853 mln. manat, məcmu kapitalı artaraq 113,512 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR