Bank Of Baku

«Moody s» agentliyi «Kapital Bank»ın reytinqlərini təsdiqləyib

«Moody s» agentliyi «Kapital Bank»ın reytinqlərini təsdiqləyib
# 09 iyul 2009 14:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Moody’s İnvestors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) reytinqlərini təsdiq edib.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, beynəlxalq agentlik tərəfindən «Kapital Bank»ın xarici valyutada və manatla olan depozitlər üzrə uzunmüddətli və qısamüddətli reytinqləri «B1/NP», maliyyə dəstəyi reytinqi «E+» səviyyəsində təsdiqlənib. Qeyd edək ki, «Moody’s İnvestors Service» bütün reytinqlərə «stabil» proqnozu verib.

Xatırladaq ki, «Kapital Bank» SKB 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 89 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR