Bank Of Baku

«AGBank» «SMS-banking» xidmətinə başlayıb

«AGBank» «SMS-banking» xidmətinə başlayıb
# 10 iyul 2009 12:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankı (SİB) müştərilər üçün «SMS-banking» xidmətini təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra bankın müştəriləri bu operativ xidmətdən istifadə hüququ əldə etmək üçün, «Azercell»ə müraciət etməyəcək, həmçinin SİM kartlarını dəyişməyəcəklər. «Azercell» nömrəsi olanlara bankomatda PIN-kodu təsdiq etmək kifayətdir. Sistemə qoşulandan sonra abonentin nömrəsinə SMS göndəriləcək və xidmət avtomatik olaraq aktivləşəcək.

«SMS-banking» xidmətini dayandırmaq üçün müştəri «AGBank»ın istənilən şöbə və ya filialına müraciət edə bilər.

Qeyd edək ki, «SMS-Bankinq» xidməti bütün müştərilərə hər gün 24 saat ərzində kart hesabı, son əməliyyatlar, hesabında olan vəsaitlərin yerdəyişməsi barədə informasiya almaq imkanı verir.

Xatırladaq «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 204,767 mln. manat, depozit portfeli 105,042 mln. manat, kredit portfeli 155,144 mln. manat, məcmu kapitalı 31,386 mln. manat, o cümlədən, nizamnamə kapitalı 15 mln. manat təşkil edib.

Bankın respublika üzrə 16 filialı, 54 bankomatı və 409 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR