Bank Of Baku

«UniBank» növbəti ilin əvvəlində xarici öhdəliyini minimuma endirəcək

«UniBank» növbəti ilin əvvəlində xarici öhdəliyini minimuma endirəcək
# 11 iyul 2009 08:11 (UTC +04:00)
E. Qəribovun sözlərinə görə, 2008-ci ilin iyun aynda bankın xarici öhdəliyi 215 mln. manat təşkil edib. Artıq «Unibank» tərəfindən indiyədək bu vəsaitdən 158 mln. dolları geri qaytarılıb. Hazırda bankın xarici öhdəliyi 57 mln. dollar təşkil edir ki, bunun da 13 mln. dolları bu ilin sonunadək qaytarılacaq.

E. Qəribov bildirib ki, son bir il ərzində bank tərəfindən verilən kreditlərdə yaranan məhdudiyyətlər məhz bankın xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı olub: «Hazırda bankın xarici öhdəliyi ilə bağlı heç bir problemi yoxdur. Bu aydan etibarən bank tərəfindən verilən kreditlərdə məhdudiyyətlər aradan qaldırılıb».

Qeyd edək ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 374,181 mln. manat, kredit portfeli 286,677 mln. manat, depozit portfeli 89,353 mln. manat, məcmu kapitalı 68,900 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 24 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR