Bank Of Baku

İyulun ilk on günündə Azərbaycanda 50 nəfərə ipoteka krediti verilib

İyulun ilk on günündə Azərbaycanda 50 nəfərə ipoteka krediti verilib
# 11 iyul 2009 10:38 (UTC +04:00)
Bununla da, 2009-cu ilin iyun ayının 1-dən indiyədək ölkədə 70-dən çox vətəndaş 3,5 mln. manat həcmində ipoteka krediti götürüb.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, ipoteka kreditləşməsi bərpa olunduqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən 900-ə yaxın vətəndaşın müraciəti qəbul olunub ki, bu müraciətlərin ümumi həcmi 40 mln. manata yaxındır.

Qeyd edək ki, güzəştli ipoteka kreditlərinin bərpasından 1 aydan da az vaxt keçməsinə baxmayaraq, bu növ üzrə kredit almaq istəyən 100-ə yaxın vətəndaş banka rəsmi müraciət edib. Güzəştli ipoteka üzrə daxil olmuş müraciətlərin ümumi həcmi 3 mln. manatdan çox olub.

Fonddan bildirilib ki, əvvəlcədən də proqnozlaşdırıldığı kimi, ölkədə ipoteka kreditləşməsi prosesi tədricən intensivləşir və növbəti həftələrdə bu prosesin daha sürətlənəcəyi ehtimal olunur.

Xatırladaq ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından başlanılıb. Вu il dövlət büdcəsindən ipoteka kreditləri üçün 34 mln. manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR