Bank Of Baku

“Depozit çeşidi” proqramı “Azərdəmiryolbank”da əhalinin əmanətlərinin həcminin artımına səbəb olub

“Depozit çeşidi” proqramı “Azərdəmiryolbank”da əhalinin əmanətlərinin həcminin artımına səbəb olub
# 13 iyul 2009 12:43 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Son bir ay ərzində “Azərdəmiryolbank”da əmanətlərin həcmi 3,9 milyon manat artıb. “Azərdəmiryolbank”dan «APA-Economics»ə verilən məlumata görə, bankın bu ilin əvvəlində müşahidə olunan göstəricilərlə müqayisədə müddətli əmanətlərin həcmi 24% artaraq 51,7 milyon manatdan çox təşkil edib. Əmanətlərin həcminin artımı “Azərdəmiryolbank”ın “Depozit çeşidi” proqramının keçirilməsi səbəb olub.

Qeyd edək ki, “Depozit çeşidi” proqramı çərçivəsində əmanətçinin istəyinə uyğun olaraq hesablanmış faizlər əmanət müddətinin əvvəlində, sonunda və ya hər ay ödənilir. Əmanət məbləği istənilən vaxt artırıla və ya azaldıla bilər. Əmanəti vaxtından əvvəl faizləri itirmədən götürmək də mümkündür. Plastik kart vasitəsilə əmanət məbləğinin 70 faizədək kredit xətti də açıla bilər. Proqram üzrə maksimal faiz dərəcəsi 18,75% təşkil edir.

Ötən ilin avqust ayında bu proqram çərçivəsində müştərilərə təqdim edilmiş “Göy”, “Yaşıl”, “Qırmızı” və “Sarı” əmanətləri üzrə portfel hazırda 29 milyon manatı aşaraq bankın əmanət portfelinin məbləğə görə 57 faizini və hesabların sayına görə isə 62 faizini təşkil edib.

Xatırladaq ki, ölkənin ilk kommersiya banklarından biri olan “Azərdəmiryolbank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatı daxildir. Ölkənin paytaxtı Bakı şəhərində və digər regionlarında Bankın 32 filial və şöbələri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR