Bank Of Baku

Bu ilin ilk yarısında “Texnikabank”ın aktivləri 3,7%, məcmu kapitalı isə 16,5% artıb

Bu ilin ilk yarısında “Texnikabank”ın aktivləri 3,7%, məcmu kapitalı isə 16,5% artıb
# 13 iyul 2009 12:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyul ayının 1-ə Azərbaycan «Texnikabank» SKB-nin aktivləri 464,3 mln. manat, bankın məcmu kapitalı isə 60,1 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB-nin mətbuat xidmətindən məlumat verilib.

İyun ayı ərzində bankın aktivləri 3,7%, məcmu kapitalı isə 16,5% artıb. Cari ilin ilk 6 ayının yekunları üzrə bankın aktivlərinin gəlirliyi 2%, kapitalın gəlirliyi 16,7% təşkil edib.

Bununla yanaşı, ötən ay ərzində “Texnikabank”-ın depozit portfelinin həcmi 15,1% artaraq, 162,2 mln. manat səviyyəsinə çatıb. Ay ərzində fiziki şəxslərin bankda yerləşdirdikləri əmanətlərin həcmi 12,2% artıb və hesabat dövrünün sonuna 90 mln. manat təşkil edib.

Bankın kredit portfeli iyun ayı ərzində 2% artaraq, hesabat dövrünün sonuna 351,1 mln. manat təşkil edib. Cari ilin 6 ayı ərzində isə bu göstərici üzrə artım 6,9% olub. Bankın fiziki şəxslərə təqdim etdiyi istehlak kreditlərinin həcmi 57,8 mln. manat təşkil edib.

Bankın ümumi gəlirləri iyun ayı ərzində 17,2% artaraq, hesabat dövrünün sonuna 33,6 mln. manat təşkil edib ki, ay ərzində faiz gəlirlərinin artımı 19,3%, qeyri-faiz gəlirlərinin artımı 7,6%, bankın xalis mənfəəti isə 9 mln. manat olub.

İyun ayının sonuna bankın emissiya etdiyi plastik kartların sayı 38,3 min ədəd, plastik kart sahiblərinin istifadəsinə verilmiş bankomatların sayı 48, POS-terminalların sayı isə 340 təşkil edib.

Qeyd edək ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın “Texnikabank” 35 filialı və 5 şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR