Bank Of Baku

Sabah Bakı Fond Birjasında Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək

Sabah Bakı Fond Birjasında Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək
# 13 iyul 2009 15:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İyulun 14-də Bakı Fond Birjasında (BFB) qeydiyyat nömrəsi 10304922S olan Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə «APA-Economics»ə BFB-dən məlumat verilib.

İstiqrazların ümumi həcmi 7 mln. manat, bir istiqrazın nominal dəyəri 200 manatdır. Tədavül müddəti 182 gün olan istiqrazlar üzrə ödəmə tarixi 12 yanvar 2010-cu il müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR