Bank Of Baku

«Günay Anadolu» sığorta şirkətinin daxilolmaları I yarımillikdə 32% azalıb

«Günay Anadolu» sığorta şirkətinin daxilolmaları I yarımillikdə 32% azalıb
# 14 iyul 2009 08:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Günay Anadolu» Azərbaycan-Türkiyə sığorta şirkətinin 2009-cu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 434,717 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,6% azdır.

Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 77,7% artaraq 140,934 min dollar olub.

Toplanan sığorta haqlarında ən çox daxilolma «Yanğın sığortası» (190,394 min dollar), «Avtonəqliyyat vasitələrinin sığortası» (115,610 min manat) və «Montaj sığortası» (47,515 min manat) növlərinin payına düşüb.

Sığorta ödənişlərinin strukturunda isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (70,673 min dollar), «Fərdi qəza sığortası» (47,160 min dollar) və «Tibbi sığorta» (17,159 min dollar) növləri üzrə ödənilib.

Qeyd edək ki, bu müddət ərzində şirkətin bağladığı sığorta polislərinin sayı 88,8% azalaraq 577-yə çatıb. Sığorta polislərinin strukturunda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə bağlanan müqavilələr üstünlük təşkil edir. Belə ki, yanvar-iyun aylarında şirkət bu sığorta növü üzrə 228 müqavilə bağlayıb.

Xatırladaq ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR