Bank Of Baku

Azərbaycan hökuməti gömrük idxal rüsumlarının dərəcələrinin yeni siyahısını müzakirə edir

Azərbaycan hökuməti gömrük idxal rüsumlarının dərəcələrinin yeni siyahısını müzakirə edir
# 14 iyul 2009 09:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən «Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»nin siyahısı hazırlanaraq təsdiqlənməsi üçün hökumətə təqdim olunub. Bu barədə «APA-Economics»ə DGK-dan məlumat verilib.

Hazırda Nazirlər Kabinetində baxılan sənəddə gömrük-tarif mexanizminin təkmilləşdirilməsi, lüzumsuz tarif güzəştlərinin ləğvi, güzəştlərin konkret sahəni və dövrü əhatə etməsi, həmçinin hazırda tətbiq olunan gömrük idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, təkliflərdə hazırda Azərbaycanda tətbiq olunan 0%, 0,5%, 1%, 3%, 5%, 10%, 15% gömrük idxal rüsumlarının 0%, 5% və 15% olmaqla azpilləli sistemlə əvəzlənməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR