Bank Of Baku

“Bank Respublika” son bir ildə aktivlərini 19% artırıb

“Bank Respublika” son bir ildə aktivlərini 19% artırıb
# 14 iyul 2009 10:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının aktivləri 2009-cu ilin iyul ayının 1-nə 394,8 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 19,4% çoxdur.

Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrünə bankın kredit portfeli 7,3% artaraq 237,8 mln. manata, müştəri hesablarında olan vəsaitlər 7,9% artaraq 149,5 mln. manata, fiziki şəxslərin əmanətləri isə 15,2% genişlənərək 94,2 mln. manata çatıb. Bununla yanaşı hesabat dövrünə əhalinin əmanətləri 24,5% artaraq 80 mln. manatı keçib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında bankın gəlirləri 30,5 mln. manat, xərcləri isə 23,6 mln. manat təşkil edib. Hesabat dövrünə bankın balans mənfəəti 6,9 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında, səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur.

Cari ilin iyul ayının 1-nə bankın məcmu kapitalı 55,8 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 22,6 mln. manatdır. Hazırda bankın respublika üzrə 33 filial və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR