Bank Of Baku

«AtaLeasing» fəaliyyətinin beş illiyini qeyd edib

«AtaLeasing» fəaliyyətinin beş illiyini qeyd edib
# 15 iyul 2009 10:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın «AtaLeasing» şirkətinin fəaliyyətinin beş illiyi münasibətilə mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə şirkətin İdarə Heyətinin sədri Yusif Müslümov çıxış edərək şirkətin beş il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Y. Müslümovun sözlərinə görə, şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb və hazırda ölkədə aktiv fəaliyyət göstərən lizinq şirkətləri sırasındadır: «Bu günə şirkətin lizinq portfeli 4,5 mln. manat təşkil edir ki, bunun da əsasını tikinti, nəqliyyat, sənaye sektorları əhatə edir. Lizinq müqavilələrinin sayına gəldikdə, hazırda onların sayı 100-dən çoxdur. Planlarımıza əsasən, ilin sonunadək müqavilələrin sayını 150-yə çatdırmaq niyyətindəyik».

Y. Müslümovun sözlərinə görə, bu müddət ərzində şirkətin Azərbaycan lizinq tarixində ilk dəfə olaraq Bakı Fond Birjasında korporativ istiqrazları tədavülə buraxılıb. «Daha sonra şirkət istiqrazlarının ikinci və üçüncü emissiyasını həyata keçirib. Emissiya edilmiş istiqrazlar cəmiyyətin, eyni zamanda Azərbaycan lizinq sektorunun və fond bazarının inkişafında böyük rolu olub», - deyə Y. Müslümov bildirib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin məcmu kapitalı 1,114 mln. manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR