Bank Of Baku

«AtaLeasing» yeni lizinq xidməti növü tətbiq edəcək

«AtaLeasing» yeni lizinq xidməti növü tətbiq edəcək
# 15 iyul 2009 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» şirkəti növbəti il ərzində sublizinq xidmət növünün tətbiqinə başlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədri Yusif Müslümov bildirib.

Y. Müslümovun sözlərinə görə, hazırda Azərbaycanda daha çox maliyyə lizinqi alətindən istifadə olunur. «Növbəti il ərzində biz bazara daha bir lizinq xidməti növü çıxarmaq niyyətindəyik. Sublizinq adlanan bu lizinq xidmət növü Azərbaycanda ikinci lizinq xidməti hesab olunur. Bu xidmət növündə şərtlərində lizinq alan müştəri avadanlıq və ya xüsusi təyinatlı texnikanı istənilən hüquqi şəxsə ötürə bilər. Maliyyə lizinqi alətində isə bu şərtlər göstərilməyib», - deyə Y. Müslümov bildirib.

Y. Müslümovun bildirib ki, yaxın gələcəkdə şirkət daha bir lzinq xidməti növü tətbiq etmək niyyətindədir. Operativ lizinq adlanan bu xidmət növü Azərbaycanın lizinq haqında mövcud qanunvericiliyinə uyğunlaşmadığı üçün bu xidmətdən istifadə bir qədər ləngiyəcək.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin məcmu kapitalı 1,114 mln. manat, lizinq portfeli 4,5 mln. manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR