Bank Of Baku

Azərbaycan İpoteka Fondu avtomaşın satın alınması ilə bağlı təkliflər sorğusu elan edib

Azərbaycan İpoteka Fondu avtomaşın satın alınması ilə bağlı təkliflər sorğusu elan edib
# 15 iyul 2009 11:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində Azərbaycan İpoteka Fondunun fəaliyyəti üçün avtomaşının satın alınması ilə bağlı təkliflər sorğusu elan edilib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, sorğuda iştirak haqqı 30 manat təşkil edir. Sorğuda iştirak edəcək iddiaçılar hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin sürətini, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin sürətini, VÖEN, bank rekvizitləri, həmçinin fəaliyyət sahəsi üzrə iş təcrübəsi və əsas korporativ müştərilər barədə məlumatları təqdim etməlidirlər.

Məsələ üzrə möhürlənmiş və imzalanmış təkliflər zərfi bu ilin iyul ayının 21-dək AİF-in inzibati binasında qəbul ediləcək. Zərflər həmin gün AİF-in inzibati binasında açılacaq. İddiaçılar ən azı bir gün qabaqcadan səlahiyyətli nümayəndəsinin adını yazılı sürətdə komissiyaya bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR