Bank Of Baku

«AzSığorta»nın ödənişləri son bir ildə iki dəfədən çox artıb

«AzSığorta»nın ödənişləri son bir ildə iki dəfədən çox artıb
# 15 iyul 2009 12:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin bu ilin yanvar-iyun aylarında topladığı sığorta daxilolmalarının həcmi 5,560 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 17,5% çoxdur. Bu barədə «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.

X. Məmmədxanlının sözlərinə görə, bu ilin yanvar-iyun aylarında şirkətin sığorta riskləri üzrə ödənişlərinin cəmi 1,952 mln. manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Sığorta daxilolmalarının strukturunda ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,661 mln. manat), «Yüklərin sığortası» (1,319 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (0,890 mln. manat), «Avtomobillərin kasko sığortası» (0,808 mln. manat) və «Kreditlərin sığortası» (0,228 mln. manat) növlərinin payına düşüb.

Qeyd edək ki, yuxarıda göstərilən sığorta növlərinin şirkətin məcmu daxilolmalardakı payı müvafiq olaraq 29,8%, 23,7%, 16%, 14,5% və 4,1% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,315 mln. manat), «Avtomobillərin kasko sığortası» (0,349 mln. manat), «Kreditlərin sığortası» (0,152 mln. manat) və «Bitkilərin sığortası» (0,045 mln. manat) növləri üzrə ödənilib.

Bu müddət ərzində şirkətin könüllü sığorta növləri üzrə daxilolmaları 5,273 mln. manat, icbari sığortalar üzrə isə 0,287 mln. manat təşkil edib.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.

«AzSığorta», həmçinin Azərbaycan sığorta bazarında məhsullarının “on-line” vasitəsilə satışını təşkil edən, eyni zamanda müştəriləri alternativ avtomobillə təmin edən ilk sığorta şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR