Bank Of Baku

«United Credit Bank»ın depozit portfeli genişlənir

«United Credit Bank»ın depozit portfeli genişlənir
# 15 iyul 2009 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «United Credit Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi bu il iyul ayının 1-nə 33,188 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 15% artaraq 24,314 mln. manata, depozit portfeli 36,9% genişlənərək 8,971 mln. manata, öhdəlikləri isə 33,5% artaraq 15,348 mln. manata çatıb.

Bankın depozit portfelinin strukturunda müddətli depozitlərin həcmi 39,4% artaraq 7,412 mln. manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 26,7% genişlənərək 5,736 manat təşkil edib. Həmçinin, bu ilin iyul ayının 1-nə bankın məcmu kapitalı 13,396 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,108 mln. manat olub.

Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində bankın ümumi gəlirləri 26,9% artaraq 2,729 mln. manata, o cümlədən faiz gəlirləri 23,3% artaraq 2,422 mln. manat, qeyri-faiz gəlirləri isə 33,3 artaraq 0,248 mln. manata çatıb.

Bu müddət ərzində bankın ümumi xərcləri 36% artaraq 2,875 mln. manat, faiz xərcləri 0,916 mln. manat, həmçinin qeyri-faiz xərcləri 1,959 mln. manat olub. Nəticədə, bankın bu ilin ilk altı ayını 0,146 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendi dəyişib. Hazırda bankın respublika üzrə 5 filialı və 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR