Bank Of Baku

«Standard İnsurance» Azərbaycan Mərkəzi Bankının elan etdiyi tenderin qalibi olub

«Standard İnsurance» Azərbaycan Mərkəzi Bankının elan etdiyi tenderin qalibi olub
# 16 iyul 2009 08:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması ilə əlaqədar tenderin nəticələrini elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bankın əməkdaşlarının tibbi sığortalanması üzrə elan edilmiş tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib, qiymətləndirmənin nəticələrinə görə, tender Komissiyasının bu ilin 9 iyul tarixli qərarı ilə «Standard İnsurance» sığorta şirkəti tenderin qalibi elan edilib.

AMB-dən bildirilib ki, qalib şirkətlə müvafiq xidmət müqaviləsi də bağlanılıb.

Xatırladaq ki, təsisçisi «AB Standard» şirkətlər qrupu olan «Standard İnsurance» şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-aprel aylarında şirkətin topladığı sığorta haqları 3,007 mln. manat, ödənişləri 600,120 min manat, həmçinin nizamnamə kapitalı 8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR