Bank Of Baku

«AtaLeasing» bu il ərzində lizinq portfelini 4,7 dəfə artıracaq

«AtaLeasing» bu il ərzində lizinq portfelini 4,7 dəfə artıracaq
# 16 iyul 2009 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaLeasing» şirkəti cari ilin sonuna kimi lizinq portfelini 4,7 dəfə artıraraq 6 mln. manata çatdıracaq. Şirkətin İdarə Heyətinin sədri Yusif Müslümovun «APA-Economics»ə verdiyi məlumata görə, dünya maliyyə böhranı «AtaLeasing» şirkətinin inkişafına mənfi təsir göstərib. Belə ki, böhran şəraitində şirkətin lizinq portfelində 15%-dək azalma müşahidə olunub. Bu azalma özünü xüsusi təyinatlı avtomobillərdə və tikinti sektoru üçün nəzərdə tutulan avadanlıqlarda göstərib.

Y. Müslümovun sözlərinə görə, cari ilin birinci rübü ərzində şirkətin lizinq portfelində heç bir artım olmayıb. Lakin ikinci rübdən başlayaraq lizinq bazarında bir az canlanma hiss olunur. Bu artım tempini nəzərə alaraq şirkətin lizinq portfeli 6 mln. manata çatacağı gözlənilir.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin lizinq portfeli 4,5 mln. manat, məcmu kapitalı 1,114 mln. manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR