Bank Of Baku

Cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında ötən ilin müvafiq dövrünə nisbətən 3,6% artıq ÜDM istehsal edilib

Cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında ötən ilin müvafiq dövrünə nisbətən 3,6% artıq ÜDM istehsal edilib
# 16 iyul 2009 10:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında 14,3 mlrd. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da 2008-ci ilin müvafiq dövrünə nisbətən 3,6% artıqdır. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2,4% artaraq 1 654,9 manat və ya 2 058,1 ABŞ dolları təşkil edib.

ÜDM-in 8,9 mlrd. manatı (62%) iqtisadiyyatın istehsal, 4,2 mlrd. manatı (29,2%) xidmət sahələrinin payına düşüb. Bu sahələrdə əlavə dəyər müvafiq olaraq 3,1% və 5,9% artıb.

Hesabat dövründə sənayedə 6,8 mlrd. manatlıq, yaxud ÜDM-in 47,7%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 692,9 mln. manatlıq (4,8%), tikintidə 1,4 mlrd. manatlıq (9,5%), nəqliyyatda 979,7 mln. manatlıq (6,8%), poçt və rabitədə 308,7 mln. manatlıq (2,2%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərdə 1,1 mlrd. manatlıq (7,8%), mehmanxana və restoran xidmətlərində 165,7 mln. manatlıq (1,2%), sosial və digər xidmət sahələrində 1,6 mlrd. manatlıq (11,2%) əlavə dəyər yaranıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,8%-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR