Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin xərcləri 23% artıb

Azərbaycan dövlət büdcəsinin xərcləri 23% artıb
# 16 iyul 2009 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə 3994,4 milyon manat həcmində vəsait daxil olub ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 1,9% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrü ərzində büdcədən 3657,4 milyon manat vəsait xərclənib ki, bu da 2008-ci ilin yanvar-may ayları ilə müqayisədə 23% çoxdur. Nəticədə, büdcə üzrə 337 milyon manat həcmində və ya ümumi daxili məhsulun 3%-i qədər profisit yaranıb.

Büdcə xərclərinin 44,6% və ya 1632,9 milyon manatı iqtisadiyyatın inkişafına, 12,7%, yaxud 464 milyon manatı sosial müdafiə və sosial təminata, 10,9%-i və ya 398,3 milyon manatı təhsilə yönəldilib. Büdcə xərclərinin 30,9%-i və ya 1129,1 milyon manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR