Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnaməni təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnaməni təsdiqləyib
# 16 iyul 2009 15:59 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fərmanla AMB-yə tapşırılıb ki, Maliyyə Monitorinqi Xidmətinin strukturunu və ştat cədvəlini 15 gün müddətində təsdiq etsin.

Nazirlər Kabinetinə isə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək, AMB yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təşkili üçün müvafiq binanın ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR