Bank Of Baku

«Parabank»ın istehlak kreditlərinin həcmi son bil ildə 8 dəfə artıb

«Parabank»ın istehlak kreditlərinin həcmi son bil ildə 8 dəfə artıb
# 17 iyul 2009 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin aprel ayının 1-nə 74,851 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstərici ilə müqayisədə 32,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 48,2% genişlənərək 45,093 mln. manat, kredit portfeli 43% artaraq 48,325 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 8 dəfə artaraq 27,695 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 3,7% azalaraq 11,506 mln. manata, o cümlədən nizamnamə kapitalı 7,2% artaraq 10,070 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 35,5% artaraq 3,228 mln. manat, xərcləri isə 7,8% artaraq 3,123 mln. manat təşkil edib. Nəticədə, bankın əldə etdiyi mənfəətin həcmi 105 min manat olub. Ötən ilin yanvar-iyun aylarını isə bank 556 min manat zərərlə başa vurub.

Bundan başqa, bu müddət ərzində bank tərəfindən əlavə 7 filial açılıb, 2 bankomat və 43 POS-terminal quraşdırılıb. Son bir ildə bankın işçilərini sayı 20,4% artaraq 301 nəfərə çatıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 15 filialı, 10 bankomatı və 127 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR